Bu dükanda nə kassalar var, nə satıcılar – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyanın ən böyük onlayn satış şirkəti olan “Amazon” ABŞ-ın Sietl şəhərində “Amazon Go” adlı yeni dükan açıb.

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, “Amazon Go” dünyada satıcılar və kassaların olmadığı ilk dükandır. “Amazon”da qeydiyyatdan keçən, akkauntları olan şəxslər bu dükana gələrək istədikləri malları götürüb gedə bilərlər. Ödəniş hesabı onların akkauntuna gələcək.

Dükana daxil olarkən alıcılar smartfonlarındakı QR kodu girişdəki aparatda qeydiyyatdan keçirməldirlər.

Dükanda alıcıların identifikasiyası tavana quraşdırılmış kameralar və elektron sensorlar vasitəsilə müəyyənləşdirilir. Bu sensorlar kompüterə alıcını “tanımağa” və onun götürdüyü məhsulu müəyyənləşdirməyə imkan verir.

Sietodəki “Amazon Go”dakı texnologiyalar 2016-cı ilin dekabrında “Amazon” əməkdaşları üçün açılmış “pilot” dükanda sınaqdan keçirilmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu dükanda nə kassalar var, nə satıcılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp