BMT nümayəndəsi Karasinlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər münaqişənin həlli problemlərinə toxunub, o cümlədən Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə xüsusi diqqət ayırıblar.

“L.Bilman həmçinin Rusiya XİN-in müvafiq departamentlərində qəbul edilib, onunla Ukraynanın şərqindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib”, – nazirliyin məlumatında deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp