“Bir-bir adınızı çəkəcəm” – Tolik müğənniləri TƏHDİD ETDİ
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bu gün “Hər şey daxil” verilişində prodüser-təşkilatçı Tolik özündən çıxıb.
Milli.Az xəbər verir ki, prodüseri şou nümayəndələrinin özlərindən razı davranışı bərk qəzəbləndirib.
Tolik onu hiddətləndirən səbəbi açıqlayıb:
“Bizim bəzi müğənnilər və şou-biznes nümayəndələri özlərinə çox arxayındırlar. Mövzu ilə əlaqədar müxbir və prodüserlərimizin əlaqə saxladığı müğənnilər, əgər siz özünüzə bu qədər arxayınsınızsa, deyirsinizsə ki, bizim verilişə, efirə ehtiyacımız yoxdur. O zaman iki saat ərzində zəng edin efirə, deyin ki, “Tolik, mənim hansısa kanala, efirə ehtiyacım yoxdur”.
3 gün çağırmırsan efirə, çıxır saytlarda müsahibə verir ki, məni “qara siyahı”ya saldılar. Bu gündən bu meydan, bu şeytan. Bu gün demirəm adlarını, sabah müxbirlərimiz bir müğənniyə zəng vursa, o müğənni desə ki, mənim vaxtım yoxdur, hansısa oliqarxın qohumu rəhmətə gedib, ora gedirlər, bilmirəm onun nə aidiyyəti var ora, yaltaqlıq, belə şeylər olanda bir-bir adınızı çəkəcəm”.
Məhəmməd Vaqif
Milli.Az