Bakıda torpağa basdırılmış odlu silah tapıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş odlu silah aşkarlanıb.

Bu barədə Milli.Az-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp