Bakıda avtomobil sərxoş piyadanı vurub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az “Report”a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Natavan küçəsində 58 yaşlı Qurbanov Vasif Valeh oğlu sərxoş vəziyyətdə yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxıb. Bu vaxt arxaya doğru hərəkət edən “Mercedes” markalı avtomobil V. Qurbanovu vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi araşdırma aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp