Bakıda ahıl qadını avtomobil vurub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az “Report”a istinadən bildirir ki, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki bazarın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1954-cü il təvəllüdlü Bayramova Güllü Məhəmməd qızını minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırlıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp