Azərbaycanda spirtli içki və tütün idxalına aksiz dərəcələri artırılıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
2018-ci il yanvarın 22-dən Azərbaycana idxal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsi artırılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərar əsasən, tərkibində tütün olan siqarlar 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
Bundan başqa, səməni pivəsinin idxalı bir litr üçün 1,7 manat, üzüm şərabları – bir litr üçün 3,5 manat, şampan şərabları – bir litr üçün 5 manat, viski, araq, likör, romn idxalı bir litr üçün 10 manatadək artırılıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin