Aleksis Sançes İngiltərdə ən ödənişli futbolçudur



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Mançester Yunayted” klubunun yeni transferi Aleksis Sançes İngiltərə Premyer Liqasının ən ödənişli futbolçusu olub.

Milli.Az report-a istinadən xəbər verir ki, çilili forvardın həftəlik maaşı 500 min funt sterlinq təşkil edəcək. Həmçinin 30 yaşlı futbolçu üçün 4 il müddətində 7,5 milyon funt sterlinq bonus nəzərdə tutulub.

Bunadən ən ödənişli futbolçu ünvanına “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba sahib idi. Fransa yığmasının üzvü həftəsinə 290 min funt sterlinq qazanır.

Qeyd edək ki, Aleksis Sançes 4,5 illik müqaviləyə imza atıb. “Mançester Yunayted” Çilidən olan hücumçunun əvəzinə Henrix Mxitaryanı London “Arsenal”ına verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp