19 yaşlı qızdan ilahiyyatçıya: “Başqasını sevirəm, günahdır?”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyənin ATV kanalında yayımlanan dini verilişin aparıcısı, ilahiyyatçı Nihat Hatipoğlu efirə bağlanan 19 yaşlı qızın sualına cavab verməkdə çətinlik çəkib.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, studiyaya zəng edən 19 yaşlı qız “Hocam, ailəmin seçdiyi oğlanla nişanlanmışam. Amma başqasını sevirəm. Bu günahdır?” – deyə ilahiyyatçıya sual verib.
Nihat Hatipoğlu suala dəqiq cavab verməkdə çətinlik çəkib:
“Ərə getdikdən sonra o sevgini ərinə yönəltməlisən. Məyus oldum, qızım. Nə deyə bilərəm ki? Sənin üçün dua edəcəm. Allah sənə ərini sevdirsin”.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində