Zəhərlənən ailənin 3 azyaşlı üzvü Bakıda uşaq xəstəxanasına köçürüldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ağdam rayonunda qidadan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən ailənin 3 azyaşlı üzvü Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova deyib.

Onun sözlərinə görə, ailənin 4 üzvü isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib: “Ailə üzvləri – Cabbarova Əsmər Fərhad qızı, İsmayılova Elnaz Fərhad qızı, Cabbarova Aygün Cəbrayıl qızı və Cabbarov Rahib Cəbrayıl oğlu hazırda Mərkəzin reanimasiya şöbəsindədirlər. Vəziyyətləri ağır olsa da, hazırda sabitləşib. Hazırda onların müalicələri davam etdirilir. Hadisə nəticəsində zəhərlənən azyaşlılar – Cabbarova Nərmin Emin qızı, Cabbarova Mafizə Emin qızı və Cabbarov Rahil Nicat oğlu isə hazırda 2 saylı Klinik Uşaq Xəstəxanasındadırlar”.

Qeyd edək ki, yanvarın 21-də Ağdam rayonunun Çullu kəndində bir ailənin 7 üzvü qidadan zəhərlənib. Ailə kustar üsulla hazırlanmış xiyar turşusundan zəhərlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp