Yaponiyada güclü qar, 70-ə yaxın şəxs xəsarət alıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Yaponiyada yağan güclü qar 10-larla insanın xəsarət almasına səbəb olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ən azı 67 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölkənin əsas meteoroloji agentliyi pis hava şəraitinin sabah da davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Dünən axşamdan yağmağa başlayan qar Yaponiyada yerüstü və dəmir yolunun hərəkətini iflic edib. O cümlədən 337 daxili aviareys təxirə salınıb.
Milli.Az