Xalq artisti: “Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xalq artisti Amaliya Pənahova illər öncə teatrda oynadığı “Təhminə və Zaur” tamaşasından danışıb. Milli.Az-a açıqlama verən məşhur aktrisa yaşı ilə bağlı zarafatyana etiraf da edib.

“İllər öncə teatrda Təhminəni oynadım. O gün teatrda böyük anşlaq və rezonans olmuşdu. Çox heyf ki, o vaxtı bu tamaşanı lentə aldırmadım. Mənə sosial şəbəkələrdə də yazırlar, xahiş edirlər ki, Təhminəni yenidən oynayım. Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım (gülür). Vaxtilə Fuad Poladov, Fizuli Hüseynov mənimlə bu tamaşada tərəf müqabili idilər. Amma mənim də, onların da bu rolu oynamaq üçün artıq yaşımız keçib. Amma bilmək olmaz, bəlkə də oynayaram”, – deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp