Xəritədə qartalın dimdiyi kimi tanınan yer – Şah dili



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikasının xəritəsində ən ucqar şərq nöqtəsi olan, qartalın dimdiyi kimi tanınan “Şah dili”nin sosial şəbəkədə fotoları yayılıb. Şəkillər maraq doğurub.

Qeyd edək ki, Şah Dili adlandırılan ərazi Abşeron yarımadasının uzaq cənub şərq qurtaracağında yerləşir. Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir.

Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi, əsasən, qumsaldır. Dəniz səviyyəsindən elə də hündür deyildir.

Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı ərazisinə daxildir.

Bəxtiyar Umarlı

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp