Türkiyə 11 kəndi ələ keçirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Afrindəki terrorçulara qarşı apardığı “Zeytin budağı” əməliyyatı 3 gündür davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə 11 kəndi ələ keçirib.

“Zeytin budağı” əməliyyatı 3 gündür davam edir. Əməliyyatın ikinci günündə TSK əsgərləri Afrin tərəfinə keçiblər.

Ordu qərargahından verilən məlumata görə, 32 hərbi təyyarə ilə 45 hədəf vurulub.

Əməliyyatlar zamanı daha sonra Şenkal, Kurni, Bali, Edamanlı kəndləri də ələ keçirilib.

Terrorçular isə Afrindən Azez mahalının Kelcibrin qəsəbəsinə hücum ediblər. Hücum nəticəsində 2 mülki vətəndaş həyatını itirib.

Bəxtiyar Umarlı

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp