“Tribunalardan gələn fit səsi məni məyus etdi”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Şalke”nin yarımmüdafiəçisi Leon Qoretzka “Bavariya” ilə rəsmi müqavilə imzalayıb.

Gənc futbolçu yayda Münhen klubunun düşərgəsinə yollanacaq. Bundesliqanın 19-cu turunda keçirilən “Şalke” – “Hannover” (1:1) qarşılaşmasında yerli azarkeşlərdən bəzisi Qoretzkanı bu qərarını görə fitə tutmuşdu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı havbek özünə qarşı narazılıq barədə bunları deyib:

“Bu günlər karyeramda ən çətin günlərdir. Fərqli duruma düşmüşəm. Stadionda ümumi atmosferin pozitiv qalmasından şad oldum. Mənə narazılıq və etirazını bildirən azarkeşləri başa düşürəm. Əlbəttə, tribunalardan gələn fit səsi məni məyus etdi.

Qərar vermək üçün mənə uzun müddət lazım oldu. Ağlıma qulaq asdım, məqsədim və karyeramı harda davam etdirmək istədiyimi anladım. “Şalke” aydın bildirdi ki, 2 variantım var. Müqaviləmi yeniləmək, yaxud yayda klubu tərk etmək. Buna görə mövsümün sonuna qədər “Şalke” forması ilə əlimdən gələni edəcəm”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp