Suarez “Barselona”nın tarixinə düşüb – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Barselona”nın hücumçusu Luis Suarez İspaniya çempionatının 20-ci turunda “Real Betis”lə oyunda 2 qol və 2 məhsuldar ötürmə edib. 

Milli.Az xəbər verir ki, 30 yaşlı ulduz bununla primyerada qollarının sayını 100-ə çatdırıb. Bunun üçün ona 114 oyun kifayət edib.

Suarezin göstərdiyi nəticə isə Katalon klubunun tarixinə düşüb. O, “Barsa“nın heyətində ən tez 100 qol vuran futbolçu olub.

Luisə qədər bu rekord Samuel Eto`oya məxsus idi. Eto`o bu nəticəyə 130 matçda çatmışdı.

Qeyd edək ki, matç 0:5 hesabı ilə katalonların xeyrinə bitib.

La Liqa – 20-ci tur
“Real Betis” – “Barselona” 0:5
Qollar: 59.İvan Rakitiç, 64, 80.Messi, 69, 89.Luis Suarez

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp