Sosial şəbəkədə terrorla bağlı yayılan FOTOlar saxta çıxdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Afrindəki terrorçulara qarşı əməliyyatlar zamanı lentə alındığı iddia edilən 3 şəklin fərqli olaylar zamanı çəkildiyi məlum olub.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞID-ə qarşı apardığı əməliyyatlar zamanı sosial şəbəkədə saxta fotolar yayılıb və türklər tərəfindən mülki vətəndaşların öldürüldüyü iddia edilib.

Tvitter-də “Türkiyə Afrində mülki vətəndaşları bombardman edir” iddiası ilə paylaşılan foto, əslində, 2016-cı ilin 26 aprel ayında Küveytdə çəkilib.

Facebook-da “Afrinin şimalında Türkiyə Silahlı Qüvvələrinə aid tank vurulub” iddiası ilə yayılan foto isə 2014-cü ilin 19 iyulunda Han Yunusda çəkilib.

Tvitter-də paylaşılan “Afrin əməliyyatı zamanı yaralanan və soyuqdan donan qadın” fotosunun isə bu ilin yanvar ayının 18-də Suriyadan Liviyaya keçərkən soyuqdan ölən qadına aid olduğu üzə çıxıb.

Bəxtiyar Umarlı

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp