Saatlıda polisi bıçaqlayan şəxs tutuldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Saatlı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, polis əməkdaşını bıçaqlayan şəxs rayon sakini – 1969-cu il təvəllüdlü Əliyev Şöhrət Ağazadə oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Prokurorluqdan bildiriblər ki, hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilsə də, hələlik konkret səbəb məlum deyil. Bıçaqlanan şəxs – polis çavuşu, 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu isə əməliyyat olunub, hazırda vəziyyəti ağır-sabitdir.

Saatlı rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp