Şəkidə ev yandı: 6 aylıq körpə xəsarət aldı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şəkinin Şin kəndində, fərdi yaşayış evində yanğın olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Əmrullah Kazımova məxsus ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət evdə meydana gəlib.

Əraziyə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğın zamanı evdə olan 6 aylıq Özcan Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb. Onu dərhal Şəki MRX-nin uşaq cərrahiyə şöbəsinə çatdırıblar.

İlkin yardım göstərildikdən sonra uşaq ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə ev kül oldu: 6 aylıq körpə yandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp