Ronaldunun qaşı yarıldı – “Real Madrid” 7 qolla qalib oldu – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldunun sol qaşını üstü yarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə “Deportivo“ya qarşı keçirilən oyunu (7:1) zamanı matçın sonlarında baş verib.

Ronaldu sağ cinahdan qapı qarşısına göndərilən topa zərbə vurmaq istəyərkən rəqib müdafiəçi Fabian Şer ayağı ilə onun başına zərbə vurub və ağır xəsarət yetirib.

Portuqaliyalı 83-cü dəqiqədə baş verən hadisədən sonra meydana qayıtmayıb. Bununla belə o, matçda dubl edib.

Qeyd edək ki, matç 7:1 hesabı ilə “Real Madrid“in xeyrinə bitib.

La Liqa – 20-ci tur
“Real Madrid” – “Deportivo” 7:1
Qollar: 32, 88.Naço, 42, 58.Beyl, 68.Modric, 78, 84.Ronaldo – 23.Adrian Lopez

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Real Madrid 7-1 Deportivo

Роналду уткнулся в телефон, получив ногой по лицу на футбольном поле

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp