“”Real” Salaha təklif göndərəcək”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Misir Futbol Federasiyasının prezidenti Abo Rida “Real”ın yayda Məhəmməd Salahı transfer etmək planı qurduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rida “Liverpul”un futbolçusunu Madrid klubunda görmək istəyini gizlətməyib.

“Real” Salaha təklif göndərəcək. Məhəmməd oyununda inkişafa nail olmaq istəyir. Aydın məsələdir ki, futbolçumuz dünyada məşhur olan “Real” kimi klubda oynasa, bundan Misir futbolu qazanar”.

Bu mövsüm 25 yaşlı futbolçu “qırmızılar”ın heyətində məhsuldar oyun göstərir. O, 2017-ci ilin yayında “Roma”dan “Liverpul”a 42 milyon avroya transfer olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp