Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 14 nəfər Pakistan İslam Respublikası və 1 nə­fər Hindistan Res­­pub­li­ka­sı və­tən­da­şı sax­­­lanılıb.

Milli.Az DMX-ə istinadən xəbər verir ki, araşdırma zamanı ölkədə qanunsuz ya­şadığı üçün DMX tərəfindən saxlanılmış Hin­dis­tan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azər­bay­can əra­zisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Fede­ra­siyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.

Digər şəxs – “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.

N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etmyib.

Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əl­də edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çe­vir­ib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əc­nə­bi­lə­rin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr ya­rat­dığı müyyən olunub.

Beləliklə Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların küllü miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olu­­nan əc­nə­bi­lə­­rin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təs­diqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zə­rərsizləşdirilib.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp