“Pul yaxşı bir şeydir, amma…” – Gülaydan həmkarlarına atmaca



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün “10-dan sonra” verilişinin qonaqlarından biri Gülay Zeynalova olub.

Milli.Az xəbər verir ki, xanım ifaçı tamaşaçının ona ünvanladığı “Şou-biznesə məşhur olmaq üçün, yoxsa pul qazanmaq üçün gəlmisiniz?” sualına maraqlı cavabı ilə diqqət çəkib:

“Mən bu sənətə 2, 3 il bundan qabaq gəlməmişəm. Mən 7, 8 yaşımdan artıq dəyərli sənətkarlardan təhsil almışam. Ustadlarım çox insanlar olub. Bu mərhələləri keçə-keçə gəlmişik. Məqsədimiz o olmayıb ki, tanınaq. Amma, təbii ki, maddiyat da çox önəmlidir. Biz efirlərə çıxırıq, tədbirlərə, toylara gedirik. Azərbaycanda müğənninin qazanc yeri toylardır. Bir insan sənətini yaxşı dərəcədə çiynində daşısa, pul özü gələcək. Düzdür, pul yaxşı bir şeydir. Amma pul hər şeyi həll etmir”.  

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp