Orqan transplantasiyası ilə bağlı müraciətlərin sayı çoxalıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli Məclisin Səhiyyə komitəsinə orqan transplantasiyası ilə bağlı edilən müraciətlərin sayı çoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlər, əsasən, ödənişsiz əməliyyatların aparılması, orqan transplantasiyası ilə bağlıdır.

Ə.Əmiraslanov bildirib ki, uşaqların bəzilərində anadangəlmə ürək qüsurları olur: “Bunun üçün bu ilin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb”.

Ə.Əmiraslanov qeyd edib ki, 2018-ci ilin yaz sessiyası ərzində “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında”,  “Optika və optikaçılıq haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihəsi ilə bağlı dinləmələr həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp