Ölkədaxilində səyahət edənlər sığortalanmalıdır – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İl ərzində regionlara üz tutan səfərlərin sayı təxminən 800 mindən çoxdur. Amma daxili səfərlər zamanı turistlərin sığortalanması həyata keçirilmir. Milli.Az bildirir ki, Otellər və restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, aktiv istirahət, ovçuluq, ekstrim, alpinizm və bu kimi turizm növlərində vətəndaşların xəsarət alma ehtimalları yüksəkdir. Buna rəğmən bu növ turizm növlərindən sığorta paketləri təqdim edilmir.

Samir Dübəndi regionlara səfər edən şəxslərin bədbəxt hadisələrdən sığortalanmasının vacibliyini vurğulayıb. Ona görə də assosiasiya tərəfindən təkliflər hazırlanıb.

Sığorta haqlarının 1-2 manat olması nəzərdə tutulur. Yəni turizm şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar əsas ödənişlə yanaşı sığorta haqlarını ödəməlidirlər. Bununla da onlar müxtəlif bədbəxt hadisələrdən sığorta edilirlər.

Assosiasiya sədri qeyd edir ki, heç bir sığorta şirkətinin xidmətindən istifadə etmədən könüllü şəkildə səfər edənlər üçün sığortanın icbari deyil könüllü əsaslarla həyata keçirilməsi məqsədəuyğundur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ölkədaxilində səyahət edənlər sığortalanmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp