Niyə “Zeytun budağı”? – Binəli Yıldırım açıqladı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə baş naziri Binəli Yıldırım Türkiyə Silahlı Qüvvələrinin dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatının adının mənasını açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, baş nazir sözügedən əməliyyatın Türkiyə iqtisadiyyatına təsir etməyəcəyini bildirib.

Onun sözlərinə görə, əməliyyat başlanandan bəri Türkiyədəki alış-veriş mərkəzlərində, vətəndaşların sıx toplaşdığı ərazilərdə həyat öz axarı ilə davam edir: “Məhmətciyimiz, Azad Suriya Ordusuna mənsub qardaşlarımız oradakı PKK, İŞİD terror qruplarını yox eləmək, orada yaşayan kürd, ərəb, türkmənləri bu zülmdən qurtarmaq, eyni zamanda ölkəmizə qarşı hücumları dayandırmaq məqsədilə əməliyyata başlayıb. “Zeytun budağı”nın zeytunları orada yaşayan sivil, məsum insanlar, budağı isə terroristlər üçündür. Əməliyyatın adının bu cür xüsusiyyəti var”.

Afrin əməliyyatı ilə bağlı sosial şəbəkədə karikatura paylaşıldığını deyən Binali Yıldırım “Zeytun budağı” bənzətməsini çox bəyəndiyini söyləyib: “Bir vətəndaşımız çox gözəl karikatura çəkib. Mənim də çox xoşuma gəldi, sizlərlə paylaşıram”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp