Keçmişdə belə xəstələri edam edirdilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hazırda insanların əhəmiyyətli hissəsi bu xəstəlikdən əziyyət çəkir. Amma kəskin və parlaq şəkildə ifadə olunan simptomları olmadığına görə çoxları xəstə olduğunu ya başa düşmür, ya da bu faktı qulaqardına vurur.

Milli.Az saglamolun.com-a istinadən xəbər verir ki, bu xəstəlik tarix boyunca müxtəlif adlar altında bəlli olub. Orta əsrlərdə xristian kilsəsinin rəhbərliyi altında hpkm sürən “Müqəddəs İnkvizisiya” dövründə bu xəstəliyin daşıyıcıları “şər qüvvələrə” (“İblis”ə) təslim olmuş hesab edilirdilər. Bu xəstəliyin kəskin formasına tutlanları “kafir” adı altında edam edirdilər.

Daha sonra “Renessans” dövründə Avropada bu xəstəliyi “melanxoliya” adlandırırdılar.

19-cu əsrdə ipoxondriya kimi tanınan bu xəstəlik ipoxondriya adlanırdı.

20-ci əsrdə xəstəlik həkimlər arasında “stressə kəskin reaksiya” kimi təyin olunmağa başladı.

Müasir dövrdə həkimlər bu xəstəliyi daha yaxşı fərqləndirə və diaqnoz qoya bilirlər: Depressiya.

Bir çoxları bu xəstəliyi adi məyusluqla səhv salırlar. Həmçinin “yaz depressiyası” və ya “payız depressiyası” kimi ifadələr də elmi cəhətdən soğru deyil. Depressiya ötəri xarakter daşımayan, uzun sürən xəstəlik növüdür. Bunu həmçinin stresslə də səhv salmayın. Müxtəlif situasiyalara insanın verdiyi neqativ reaksiya depressiya deyil, sadəcə, stressdir. Baxmayaraq ki, intensiv stress mühiti də enində-sonunda depressiyaya gətirib çıxarır.

Xəstəlik müxtəlif səbəblərdən yarana bilər. Bəzi hallarda bu xəstəliyin bünövrəsi uşaq vaxtlarında qoyulur. Uşaqları “polis əmi” və yaxud “xortdan”la qorxudan valideynlər bunu nə dərəcədə təhlükəli olduğunu anlamırlar. Axı uşaqlar o hədələri ciddi qəbul edirlər və qorxu hissi uşağın psixikasına təsir edir. Uşaqlarda stressin ilkin göstərici olaraq enurezi (gecələr sidiyi saxlaya bilməməsini) göstərmək olar. Sonradan bu təsirlər depressiyaya yol açır.

Sonrakı səbəblərin bəzilərini aşağıdakı kimi sıralamaq olar:

Xroniki yorğunluq.

Ağır faciə yaşamaq.

Sevgi münasibətlərində psixoloji zədə almaq.

Alkoqollu içkilərdən məsuliyyətsiz tərzdə istifadə etmək.

Mərkəzi sinir sisteminə təsir edən preparatlardan, xüsusən də sakitləşdirici dərmanlardan intensiz qaydada istifadə etmək.

Siqaret çəkmək.

Yaşlı adamlarda hətta qrip də depressiyaya səbəb ola bilər.

Bunlar, səbəblərin heç də hamısı deyil, ən çox yayılmış növləridir. Əgər yuxarıdakı səbəblərdən hər hansı biri həyatınızda varsa, mütləq yaxa qurtarmağa çalışın.

Xəstəliyin başlıca əlamətləri aşağıdakılardır:

Mütəmadi məyusluq

Daimi yorğunluq hissi

Təlaş hissi

Laqeydlik (arzuların və maraqların sönməsi)

Cinsi münasibətlərə marağın azalması

Əsəbilik və işıq şüalarına qarşı həssaslıq

Öz şəxsi gigiyenasına və gündəlik tələblərə qarşı laqeyd münasibət

Daimi olaraq istirahətə ehtiyac hiss etmək

Əsəbilik, səbəbsiz narahatlıq, ruhi gərginlik

Xəstəliyin müalicəsinə gəlincə, yüngül formaları sadəcə, həyat tərzini dəyişməklə ötüb keçə bilər. Amma ağır firmaları dərman preparatları və psixoterapiya vasitəsilə müalicə edilir. Pzbaşına qaydada antidepressantlardan istifadə etmək təhlükəlidir. İstənilən halda həkimə müraciət etmək ən doğru qərardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp