“İşğal altında qalan abidələrimizin taleyi hər birimizə təsir edir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Bu mədəniyyətin Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmasının səbəbi əvvəla ona görədir ki ümumiyyətlə arxeoloji elmdə belə bir qayda var: bu və ya digər etnik mədəni qrupların yaratdığı mədəniyyət onların ilkin aşkar olunduğu yerin adı ilə adlanır”.

Milli.Az bildirir ki, bunu “Azernews“a müsahibəsində İqtisad Universitetinin Humanitar Fənlər Kafedrasının professoru, Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda eneolit-ilk tunc dövrü şöbəsinin müdiri Hidayət Cəfərov deyib.

O qeyd edib:

“Bu mədəniyyətin ilkin ocaqları 19-cu əsrin 80-90-cı illərində əvvəlcə Xocalıda, eyni zamanda Gədəbəyin mis mədənlərində, Gədəbəy və Galakənd ərtafında tapılan 300yə yaxın qutudan aşkar edilən mallar olmuşdur.

Hər iki ərazidə, yəni Arazın orta xanından başlamış Kürün sağ sahilinin daxil olması şərti ilə düz sınıq körpüyə yəni, Gürcüstanla sərhədimizə qədər və eyni zamanda Qazax, Daşkəsən, Gədəbəy, Laçın, Zəngəzur – bu arada olan tarixi arxeoloji abidələrin həm ozlərinin quruluşundan (yaşayış yerləri, qəbr abidələri, dəfn mərasimi) əldə olunmuş maddi mədəniyyət nümunələri, keramika nümunələri, silah nümunələri, bəzək əşyaları, məişət əşyaları, təsərrufat məqsədli əşyalar və s. yaxın uyğunluq təşkil etdiyinə görə bu mədəniyyət adlanır Xocalı Gədəbəy mədəniyyəti.

Bu mədəniyyət üç lokal qrupa bölünür – Qarabağ qrupu, Gəncə-Qazax qrupu, Qərb qrupu (Gədəbəy, Daşkəsən, Gəndəbur və s.) bunların hər birində özünə məsus bəzi əlamətlər var. Həm keramikada, həm dəfn mərasimində, həm də başqa materiallarda. Bütövlükdə götürəndə isə oxşar cəhətlər daha çoxdur və bu oxşarlıq və uyğunluqlar bizə imkan verir deyək ki bu, həmin geniş ərazidə yaşamış Azərbaycanın qədim etnik mədəni qrupların yaratdığı bir mədəniyyətdir. Mədəniyyət dedikdə həm tarixi, iqtisadiyyatı, təsərrufatı, məişəti, dəfn adətləti, xarici ölkələr ilə əlaqələri və s nəzərdə tutulur.

İşğal altında qalan abidələrimizin taleyi bizim hər birimizə təsir edir və eyni zamanda buna baxmayaraq biz dayanmadan fəaliyyətimizi davam etdiririk. Laçın, Kəlbəcər, Zəngəzur, Ağdamın, Füzülinin, Qubadlının işğal olunmuş əraziləri və s. kimi yerlərdə arxeoloji qazıntı aparmaq mümkün deyil çunki ərazi ermənilərin işğalı altındadır.

Amma biz vaxtilə orda yaxşı arxeoloji tədqiqatlar aparmışıq. Materiallar kifayət qədər var.

Ermənilər qazıntı apardılar Şuşada, Xankəndində, Ağdamın işğal olunmuş ərazilərində. Biz bununla bağlı BMT-yə, dünya birliyinə xəbər veririk. Lakin ikili standart məsələsi var və buna görə də emrənilərə hələ ki xəbərdarlıq edən yoxdur.

Yerli və əcnəbi turistlər bu abidələri harada ziyarət edə bilərlər – baxmayaraq ki abidələrin çoxu işğal altındadır, digər ərazilərdə də bu abidələrə rast gəlmək olar.

Biz qazıntı işlərini yayda aparırıq. Harda ki turist marşrutu var, məsələn Qazax istiqamətində var, Şimali qərb istiqamətində var bu abidələrə orada baxa bilərlər.

Xronoloji baxımdan bu mədəniyyətin dövrü eradan əvvəl 14 eradan əvvəl 8-ci əsrlər arasıdır.

Bu mədəniyyətə oxşar və eyni dövrə aid var Azərbaycanda Talış Muğan mədəniyyəti, bir də Naxçıvan Mədəniyyəti”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp