İntihara cəhdin qarşısı alınıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində liftin şaxtasının eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaşayış binasının 16-cı mərtəbəsindən özünü atmaq istəyən 33 yaşlı Vəliyev Natiq Nadir oğludur.

İnsidentin iş yerində baş verən hadisə ilə əlaqədar olduğu bildirilir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp