İdlibdə “Cəbhət ən-Nüsra”ya qarşı hərbi əməliyyat başladı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Suriya hökumət qüvvələri tərəfindən İdlib əyalətinin şərqində “Cəbhət ən-Nüsra” terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlanılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda 1500-dən çox terrorçunun mühasirəyə aldığı bildirilir.
İdlib əyalətində irimiqyaslı əməliyyatlar yanvar ayının əvvəlindən başlanıb.
Artıq 24 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Milli.Az