Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gürcüstan Qış Olimpiya Oyunlarını keçirməkdə maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda İsveçrədə səfərdə olan Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı ölkəsinin Qış Olimpiadasını təşkil etmək baxımından potensialı ilə bağlı məlumatlandıracaq.

Hələ 2016-2017-ci illərdə G.Kvirikaşvili bir neçə dəfə bəyan etmişdi ki, dağ-xizək mərkəzi və kurortu Bakurianinin təqribən 10 ildən sonra Qış Olimpiya Oyunlarının keçirilməsinə namizədliyi irəli sürülə bilər.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp