Gecə klubunda kütləvi dava: 3 nəfər bıçaqlandı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Gəncə şəhərində yerləşən gecə kütləvi dava düşüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. “X-Clup” adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri – 1996-cı il təvəllüdlü Rzazade Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıb. Onlardan M.Orxanın vəziyyəti kafi, digərləri isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az