“Futbolçu olmağımda əsas rolu atam oynayıb”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Səbail”in yarımmüdafiəçisi Elman Taqayev klubun “ON SUAL” rubrikasının növbəti qonağı olub.

Milli.Az goal.az-a istinadəın oyunçunun suallara verdiyi cavabları təqdim edir:

– Futbola gəlişiniz necə oldu?

– Mənim futbolçu olmağımda əsas rolu atam oynayıb. Bu, onun gerçəkləşən arzusudur deyə bilərəm.

– Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?

– Yaddaqalan epizod çox olub. Birini seçməli olsam,”Səbail” – “Neftçi” qarşılaşmasının 90-cı dəqiqəsində vurduğum qələbə qolunu qeyd edərdim.

– Futbolda kumiriniz?

– Messi.

– Hobbi və maraqlarınız?

– Film izləməyi sevirəm.

– Ən sevdiyiniz film, musiqi, kitab?

-“Mən əfsanəyəm” ən sevdiyim filmdir.

– Həyatınızın əsas qaydası?

-Hər zaman ailəmlə olmaq.

– İnsanlarda ən çox nəyə dəyər verirsiniz?

– Ən vacib xüsusiyyət bütün situasiyalarda insani keyfiyyətləri saxlamaq bacarığıdır.

– Karyeranızda əsas məqsədiniz?

– Gələcəkdə həm mənim, həm də uşaqlarımın xatırlaya biləcəyi yaxşı futbolçu olmaq. Bu, o qədər də, asan deyil, ancaq mənim məqsədimdir.

– Gənc futbolçulara məsləhətiniz?

– Öz üzərində işləmək, hər zaman məşq etmək. Biz hamımız bunlardan keçmişik və bilirik ki, öz üzərində yaxşı işləyən futbolçu məqsədinə çatacaq.

– Azarkeşlərə müraciətiniz?

– Onlardan həmişə dəstək gözləyirik. Oyunun nəticəsindən asılı olmayaraq, onların dəstəyi və yanımızda olmaları bizim üçün çox vacibdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp