“Ford” 15 mindən çox avtomobili geri çağırdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Ford” Rusiyada 15 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, geri çağırılma Rusiyada 2012-ci ilin mayından 2014-cü ilin dekabrınadək satılmış “Kuqa” və “C-Max” modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar silindr bloku başlığının qızması ilə əlaqədardır.

Bu qüsurun korpusda çatların yaranmasına və yağ sızmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp