D vitaminli su hazırlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Agthia Group” şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur. Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin inkişaf riskini artırır.

“Al Ain Vitamin D” adlanan suyun bir şüşəsinin həcmi 500 ml, dəyəri isə 2 dirhəmdir. Vitaminlərlə zəngin olan bu suya artıq BƏƏ-nin supermarketlərində rast gəlmək mümkündür.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp