Buffon tarixi fürsəti qaçırdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Canluici Buffon tarixə düşmək şansını əldən verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əfsanəvi qapıçı İtaliya liqasında ən çox oyun keçirən futbolçu olmaq imkanını zədə səbəbindən qaçırıb.

O, “Cenoa” ilə A seriyası matçında meydana çıxmayacaq. Buna görə də, Paolo Maldiniyə məxsus rekordu qıra bilməyəcək.

Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan 39 yaşlı “çərçivə qoruyucusu” bundan sonra liqadakı bütün oyunlarda oynasa belə, sadəcə Maldininin rekordunu təkrarlaya biləcək.

Qeyd edək ki, A seriyasında ən çox oyun keçirən “Milan”ın əfsanəsi Paolo Maldini 647 dəfə meydana çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp