Bu gün Davos İqtisadi forumu başlayır
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutacaq. Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Prezident İlham Əliyevin “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.
Milli.Az