BNA Bakıda avtobusun “07” ilə toqquşması hadisəsinə aydınlıq gətirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yanvarın 22-də 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 BS 743 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza “VAZ 2107” markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda belə deyilir.

Qeyd edilir ki, hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

BNA bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. İnformasiya hazırlayarkən bu məqamın nəzərə alınması tövsiyə edilir. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir”.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp