“Beşiktaş”ın azarkeşlərini daşıyan avtobus qəzaya uğradı: yaralılar var
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyədə “Beşiktaş” klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb.
Milli.Az report-a istiandən xəbər verir ki, hadisə fanatların Super Liqanın XVIII turunda “Antalyaspor”la səfər matçından qayıdarkən baş verib. Kütahya – Afyonkarahisar yolunda avtobusun aşması nəticəsində sürücü və 7 sərnişin xəsarət alıb.
Yaralılar Kütahya xəstəxanasına çatdırılıblar. Onlardan 2-nin durumunun ağır olduğu bildirilir.
Qeyd edək ki, matç “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində