Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutuldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öldürməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Qaradağ rayonunda baş verib. Qətlə yetirilən O.Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp