Bakıda dəhşətli yanğın: iki körpə ÖLDÜ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:53

Bakıda dəhşətli yanğın olub.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu