Bakı zooparkında yeniliklər – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı zooparkındakı bəzi heyvanlar təbiətə buraxılacaq.

Milli.Az bildirir ki, artıq bir neçə ildir ki, planlanan layihə reallaşmaq üzrədir. Zooparkdakı bəzi heyvanlar ötən illər ərzində bol bala veriblər. Elə bu səbəbdən də onların sayı artdığından təbiətə buraxılması nəzərdə tutulur.

Bakı zooloji parkının direktoru Azər Hüseynovun sözlərinə görə, həmin heyvanlar təbiətə buraxılmadan öncə Şamaxı Safari parkında xüsusi sahədə saxlanılacaqlar.

Qeyd edək ki, bundan öncə Bakı zooparkına tək olan bəzi heyvanların erkək və dişiləri gətirilib. Həmin heyvanların da nəslini artırmaq planlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı zooparkında yeniliklər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp