Bakı yollarında panduslar quraşdırılır – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Paytaxtın 5 rayonunda, ümumilikdə 415 nöqtədə hündür formada inşa edilən, əlil və uşaq arabalarının keçməsinə mane yaradan keçidlər sökülür yerində yeni panduslar hazırlanır.

Milli.Az bildirir ki, ötən ilin sonlarından başlayaraq paytaxtdakı yol ayrıclarında pandusların quraşdırılmasına başlanılıb. Məqsəd əlilliyi olan yaxud da ki, uşaq arabası ilə hərəkət edən şəxslərin yolu manesiz keçməsin təmin etməkdir.

Bundan başqa paytadakı yaxınlıqında piyada keçidi olan bütün işıqforlarda səsli işıqforların quraşdırılması planlaşdırılır.

Bütün bu işlərin cari ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Cəmiyyətdə isə bu panduslara münasibət birmənalı deyil.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qarlı havalarda sürüşmənin qarşısını almaq məqsədi ilə pandusların tikilməsində xüsusi daşlardan istifadə edilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı yollarında panduslar quraşdırılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp