AzTA: Hostel biznesinə maraq artıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra sahibkarların hostel açmağa marağı artıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, hostellərin sayı getdikcə artır.

N.Bağırov əlavə edib ki, Azərbaycanda dünya standartlarına cavab verən hostellər fəaliyyət göstərir:

“Lakin onlar Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçmədiyi üçün hostellərin sayını açıqlaya bilmirik. Hostellər daha çox Bakıda, xüsusilə şəhərin mərkəzində açılır”.

Qeyd edək ki, Mənzil Məcəlləsinə edilən dəyişikliyə əsasən, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələri və yaşayış evləri mülkiyyətçi tərəfindən “yerləşmə vasitəsi” kimi istifadə oluna bilər. Bunun üçün mülkiyyətçidən heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Bu dəyişiklik vətəndaşlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etməyə şərait yaradıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp