Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuroru olmuş general mayor Təhməzov Nizami İsa oğlu dünyasını dəyişib.

Mİlli.Az xəbər verir ki, bu barədə unikal.org-a mərhumun qardaşı Ramiz Təhməzov məlumat verib. O vurğulayıb ki, qardaşı Nizami Təhməzov ürək çatışmamazlığından, 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.

Mərhumun 3 mərasimi sabah saat 10:00-dan “Həzi Aslanov” metro stansiyasının yaxınlığındakı “Zəm-zəm” mərasim evində keçiriləcək.

Xatırladaq ki, Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşıb. N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olub. 1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general-mayoru rütbəsi verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp