Azərbaycandakı “Ford”lar da geri çağırılacaq?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Ford” şirkəti avtomobillərin geri çağırılması ilə bağlı Azərbaycana müraciət etməyib.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə “Ford”un Azərbaycandakı rəsmi distribyutoru “Nurgün Motors”dan məlumat verilib.

Məlumatda qeyd olunur ki, hər ölkəyə sifarişdən və bazar tələbatından asılı olaraq fərqli partiya avtomobillər göndərilir: “Hər bazarın öz xüsusisyyətləri var. Rusiyaya aid partiyada olan modellər Azərbaycana daxil olmayıb, ona görə də “Ford” markalı avtomobillərin geri çağırılması gözlənilmir”.

Qeyd edək ki, “Ford” Rusiyada 15 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin mayından 2014-cü ilin dekabrınadək satılmış “Kuqa” və “C-Max” modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar silindr bloku başlığının qızması ilə əlaqədardır.

Bu qüsurun korpusda çatların yaranmasına və yağ sızmasına səbəb ola biləcəyi deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp