Azərbaycanda insaların ölüm SƏBƏBİ – Ötən ilin statistikası…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda stomatoloji xidmət haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Çünki ölkədə stomatoloji kabinetlərin də sayı artır. Belə bir qanun yazılması vacibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir: “Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar”.

Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.

MM üzvü Rəşad Mahmudov qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub: “Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp