Azərbaycanda autizm xəstələri üçün dövlət proqramının hazırlanması təklif olunur



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov autizm xəstələri üçün ayrıca bir dövlət proqramının hazırlanmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ə.Əmiraslanov bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edərkən çıxış edib.

Ə.Əmiraslanov bildirib ki, autizm xəstələrinə tibbi sosial yardımın göstərilməsi vacibdir:

“Belə xəstələrə tibbi-sosial yardıma ehtiyacı olan xəstələrdir. Tərəfdarıyam ki, autizm xəstələri üçün ayrıca bir dövlət proqramı hazırlansın. Dünyada belə xəstələrin sayında artım müşahidə edilir. Biz də bununla bağlı komitədə dinləmələr keçirməliyik”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp