“Azərbaycan xalçaçılıq ölkəsidir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Azərbaycanda xalçaçılığın bir kökü var. Azərbaycan xalçaçılıq ölkəsidir, Azərbaycan xalçası da azərbaycançılığın passportudur. Bu gün deyirik ki dünya muzeylərində Azərbaycan xalçaları var, dünyanın elə bir muzeyi yoxdur ki orada Azərbaycan xalçası olmasın. Bu onu göstərir ki Azərbaycanda vaxtilə xalçalar çox olub”.

Milli.Az bildirir ki, bunu “Azernews“a müsahibəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Vidadi Muradov deyib.

O qeyd edib:

“Sovet dövründə “Azərxalça” İstehsalat Birliyi adında bir təşkilat var idi, hansı ki 70 il fəaliyyət göstərib. Bu vaxt sovet dövrünü əhatə edir. Müstəqillik illərində, 1990-1995-ci illərdə xalçaçılıq zəyifləmişdi. Buna görə də xarici bazarlarda olan müştərilər Azərbaycan xalçasını bir müddət görə bilməyiblər və beləcə xalçalarımız unudulub. Müstəqil dövlət olduqdan sonra biz xalçaçılığı daha da araşdırmışıq, kökümüzü bilmişik, xalça toxuyan tayfaları tanımışıq, harda xalça var harda yoxdu hamısını bilmişik. O zamana kimi xalçaçılıq itmişdi, batmışdı. Xalçaçılığın bazası yox idi.

Cənab Prezident tərəfindən 2016-cı ilin may ayının 5-ində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Xalçaçılığın həm istehsalı həm də xaricdə satışı, xarici ölkələrdə nümayəndəliklərin açılması, Azərbaycanın müxtəlif yerlərində xalça emalatxanalarının yaradılması… bilirsiniz ki, burada əsas məsələ xalça toxuyanların qadınlar olmasıdır. Bu insanlar 20 il idi ki bu işdən uzaq idilər. Bu adamlara biz tədris hazırlıq kursları təşkil etdik, kursu keçənlər xüsusi sertifikatlar aldı, peşəkar rəssamlar və ustalar onları öyrətdi.

“Azərxalça”nın ilk filialı 2016-cı ilin noyabr ayının 12-sində cənab prezident tərəfindən açıldı. Orada hazırda 80 nəfərə yaxın qadın çalışır. Ümumi iş yerinin sayı isə 150dir. Biz gəncləri cəlb edirik ki onlar da öyrənsilər və peşəkar olsunlar. Bizim planımız odur ki orada işləyənlərin sayını 150yə çatdıraq.

İkinci filial 22 avgust 2017-ci ildə cənab prezident tərəfindən şəmkir şəhərində açıldı. Üçüncü filial isə dekabrin 7-də cənab prezidentin iştirakı ilə quba şəhərində açıldı. İndi qalıb 7di rayonda bu il açılışı olmamış müəssilər və artıq onlar da fəaliyyətdədir. Buna əlavə olaraq, cənab prezident yeni 10 xalçaçılıq filialının yaradılmasını da bildirib. Bu filiallar yaradılacaq Lənkəranda, Şabranda, Biləsuvarda, Cəbrayıl qaçqınları üçün, tərtərdə, goranboyda, kürdəmirdə, qobustanda, Bərdədə, Abşeronda və o cümlədən Naxçıvanda.

Azərbaycanın hər bir yerində xalçaçılıq olduğu üçün, və onların da bu günkü gündə hamısının xalça toxumaq istəməsi üçün… və cənab prezidentin də dediyi kimi Azərbaycanda bir nəfər də olsa xalçaçı işsız qalmasın deyə belə bir fikir yaranıb ki xalçaçılıq müəssisələri yaradılsın. Əgər zərurət yaranarsa başqa rayonlarda da müəssisələr yaradılacaqdır.

Ən əsası odur ki dekabrın 15ndə cənab prezidentin iştirakı ilə Sumgait kimya parkında yun əyirici boyaq fabrikasının təməli qoyuldu. Azərbaycanın 5 rayonunun regional yun məntəqələrindən toplanan yunlar orada qəbul olunacaq. Təbii bitkilərdən və yeri yundan xam mal kimi istifadə olunacaq ki bizim idxaldan asılılığımız azalsın.

Bu sənət bu gün itməsin gələcək nəsillərə ötürülsün deyə zərurət var ki bu müəssisələr yaradılsın.

Biz fəaliyyətə hələ yeni başlamışıq və bu ildən sonra xalçamız çoxalacaq. Artıq biz keçən il Almaniyada xalça sərgisində iştirak eləmişik. Hazırda orda bizim xalça sərgisi keçirilir. Amerikada iştirak eləmişik.

Azərbaycan xalçasında maraq çoxdur

Həm xalça mədəniyyətimiz itməsin, həm müsir xalçalar da toxuyaq, həm satılsın və ölkəmizə də xarici valyuta gəsin

Biri var xalçaçılıqda rəssam işi, portret işi. Biz portret işi etmirik. Biz keçmiş adət ənənələrə uyğun olan xalçalarımızın yenilərini toxuyuruq. Bizim əsas işimiz bizim ənənəvi xalçalarımızı toxumaqdır”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp