Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi – 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir.
Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb.
Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
Milli.Az